​Məşhur aktrisanın sevgilisi onu hamının yanında PƏRT ETDİ - FOTO

Kərəm Bürsin sevgilisi Serenay Sarıkayanı pis vəziyyətdə qoyub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 1,5 ildir sevgili olduğu Kərəm Bürsinlə dünən alış-veriş etdikdən sonra nahar edib. Serenay Sarıkaya eynəkləri və makiyajsız halı ilə diqqət çəkib.
Ticarət mərkəzinin işçiləri cütlüyün avtomobilini çıxışa gətirib. Kərəm Bürsin dərhal avtomobilə minib sükana keçib. Sevgilisinin qapısını açmasını gözləyən Serenay Sarıkaya isə onun hərəkəti qarşısında donub qalıb.
Cütlük evililiyə dair sualları isə cavabsız qoyub.
Xatıladaq ki, Serenay Sarıkaya evliliklə bağlı suala bu cavabı vermişdi:
"Münasibətlər yaxşı olduqda hər kəs ailə qurmaq istəyir. Mən 25 yaşında gənc qız kimi belə bir qərarı vermək üçün erkən olduğunu hesab edirəm. Çox şükür hər şey qaydasındadır. Ümid edirəm ki, belə də davam edəcək. Evlilik haqqında düşünmürəm".

Загрузка...
Загрузка...