Məşhur aktirsa: “Oğullarıma görə yataq səhnələrindən imtina etdim”

Dünyanın ən gözəl qadınlarından sayılan aktrisa Meqan Foks bundan sonra kameralar qarşısında açıq-saçıq səhnələrdə yer almayacağını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, 29 yaşlı aktrisa bundan əvvəl yarıçılpaq səhnələrdə yer alsa da, üçüncü uşağına hamilə olduğu hazırki dövrdə ingilis “Sun” qəzetinə etiraflar edib. Üç yaşlı Noah və iki yaşlı Bodhinin anası olan M.Foks gələn film və serial təklifləri arasında intim səhnələri olanları artıq qəbul etmir:
“Oğlan uşaqlarının analarını bəzi vəziyyətlərdə görməməsi lazımdır. HBOkanalından bir təklif gəlmişdi. Ssenari bir küçə qadının həyatı haqda idi. 18+ səhnələr çox idi. Oğullarımın buna dözümlü yanaşacaqlarını fikirləşmirəm. Onların reallıqla sənəti ayıra biləcəklərini düşünmürəm. Ekranda insanın öz anası olanda fikirləri qarışa bilər. Oğullarıma görə yataq səhnələrindən imtina etdimş”.
“Transformers” filmlərindəki roluyla tanınan aktrisa həyat yoldaşı Brayan Auistin Qrinlə arasındakı soyuq münasibətlərdən də danışıb. O, həyatı boyu sadəcə iki kişiylə bir yerdə olduğunu etiraf edib:
“Sevmədiyim bir kişiylə heç vaxt intim münasibətdə olmamışam. Başqa cür münasibət mədəmi bulandırır. Tək gecəlik münasibətləri heç yaxınıma buraxmadım. Mən təsadüfi intim münasibət yaşayan bir qadın deyiləm”.
Qeyd edək ki, keçən il boşanacağını deyən Meqan üçüncü dəfə hamilə qaldığını öyrəndikdən sonra əri ilə barışıb.