Məsciddə “canlı bomba” belə yaxalandı - VİDEO

Türkiyədə cümə namazı zamanı vətəndaşlar “canlı bomba”nı ələ keçiriblər.
 
 
Məsciddə xütbə oxunan zaman bir nəfərin ayağa qalxıb imama tərəf qaçması vətəndaşlar arasında çaxnaşmaya səbəb olub. İmamın əlindən mikrafonu alan 20-25 yaşlı kişinin “canlı bomba”yam dediyi ehtimal edilir. Vətəndaşlar tərəfindən zərərsizləşdirilən kişi polis tərəfindən nəzarətə götürülüb.
 
Şahidlərdən birinin sözlərinə görə, qara geyimli saqqalı, belində isə sarı məftillər olan kişi məscidi partladacağını deyib.