​Məscidə 30 güllə atmış xristian İslam təbliğatçısı oldu - İnanılmaz

Baxış sayı: 
220
0  
0  

 
 
Bir müddət öncə məscidi güllələyən amerikalı İslamı təbliğ etməyə başladı.
 
Moderator.az yazır ki, bu haqda  ABŞ-ın “NBC Connecticut” nəşri məlumat yayıb.  Amerikanın Konnektikut ştatının  sakini  Ted Xeki  2015-ci ilin noyabrın 14-də  -Fransada 130 nəfərin ölümü ilə nəticələnmiş və müsəlmanların adı ilə bağlanan  terror aktlarından  bir gün sonra həddindən artıq alkoqol içərək yaxınlıqdakı Beytul-Aman məscidini gülləbaran edib. ABŞ Hərbi Dəniz Donanmasının keçmiş qulluqçusunun açdığı 30 atəşdən yalnız möcüzə nəticəsində heç kəs ölməyib. Məhkəmədə Ted günahını etiraf edib və məscid rəhbərliyi tərəfindən bağışlanıb.
 
 
Bundan sonra  keçmiş Amerika hərbçisinin içində müsəlman ibadətgahını ziyarət etmək həvəsi yaranıb. Məscidin  axundları və ziyarətçiləri ilə ünsiyyətdə olan Ted İslamla dərindən maraqlanmağa başlayır. Bu minvalla məscidə 30 güllə atmış xristian müsəlmanlığın təbliğatçısı olur.  “Əvvəllər mən müsəlmanlara nifrət edirdim” –deyə etiraf edən Ted Xeki hələlik müsəlman olmasa da, bu gün  vaxtının çoxunu İslamın təbliğinə ayırır və sözügedən məscidə gələn  müsəlmanlaırın böyük rəğbətini qazanıb.

Загрузка...
Загрузка...