Mourinyo “Mançestr Yunayted” ilə müqavilə imzalayıb

Londonun "Çelsi" klubunun sabiq baş məşqçisi Joze Mourinyo "Mançestr Yunayted" ilə 3 illik müqavilə imzalayıb.
Turaninfo.az xarici KIV-lərə istinadən verdiyi məlumata görə, J.Mourinyo "Mançestr Yunayted" klubunun baş məşqçisi postunda Lui Van Qalı əvəz edəcək.
Xatırladaq ki, J. Mourinyo keçən ilin dekabrında "Çelsi" klubundan istefaya göndərilib.