Mourinyo haqda yeni iddia

"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo haqda yeni iddia yayılıb.
Turaninfo.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun İtaliya millisini çalışdıra biləcəyi yazılıb.
Artıq bu iddiaya İtaliya Futbol Federasiyasının prezidenti Karlo Taveççhio münasibət bildirib. O deyib ki, J.Mourinyo İtaliya millisinin yeni baş məşqçisi olmayacaq:
"Avro-2016"ya kimi millinin yeni baş məşqçisi müəyyənləşəcək.  Ancaq bu, Mourinyo olmayacaq. Çünki ona istədiyi maaşı verəcək gücdə deyilik".