Motsartın müəmmalı həyatı və sirli ölümü- Gizli dünya

 
 
 
Moderator.az dahi bəstəkar V.A. Motsartın həyatı barəsindəki kiçik araşdırma yazısını təqdim edir:
 
 
Motsart, bəlkə də dünyada yeganə şəxsdir ki, onun ölümü ilə bağlı nə az, nə çox düz 150 versiya var. Bu versiyaların arasında ən çox səslənəni zəhərlənmədir. Prinsipcə doğrudur. Çünki hələ 5-6 yaşında boyu pianinoya çatmadığı vaxtlarda belə əvvəlcə Vyana səhnələrini, ondan sonra isə Avropanı fəth edən balaca Motsartı zəhərləməyə bir-iki dəfə cəhd olunmuşdu. Bu cəhdlərin bəzilərinin qarşısını bəstəkarın həm də meneceri olan atası almışdı. Amma atası Motsartı çox adamdan qorusa da masonlardan qoruya bilmədi. Fərziyyələrə görə, bu gün də dünyanı idarə edən mason təşkilatı Roma papasının, katolik kilsəsinin səyi nəticəsində cəmiyyətdə öz nüfuzunu itirən zaman Vyana masonları yenidən insanların rəğbətini qazanmaq üçün bir sıra tanınmış şəxsləri öz sıralarına dəvət edir və onları birbaşa yüksək dərəcə ilə görəvləndirirdilər. Amma təbii ki, təşkilatın qanunlarına uyğun olaraq onlardan susmaq, sirr saxlamaq və düzgünlük tələb olunurdu. Yalnız özlərinə məxsus olan xüsusi rəmzlərin sətiraltı şəkildə belə insanlara çatdırılmasına üzvlərin heç birinə icazə verilmirdi. Lakin Motsart böyük əsərlərindən sayılan "Sehrli fleyta"da gizli mason rəqəmləri olan 3, 6, 18-dən məqsədli şəkildə istifadə etdi. Təbii ki, sıravi izləyici bunları sezə bilməzdi. Amma Motsartın operada istifadə etdiyi gizli gedişlər-operadakı 3 sınaq mərhələsi, 3 qadın, 3 müdrik uşaq, əsərin əvvəlində 3 dəfə təkrar edilən akkordlar, 18 keşiş, 18 oturacaq, xorun ifa etdiyi mahının ilk hissəsinin 18 ölçülü olması masonların diqqətini çəkir.
Lakin Motsart digər masonların yolunun doğruluğuna şübhə edib və özünün "Mağara" adlı mason cəmiyyətini yaratmağa qərar verib. Bu barədə elə bəstəkarın özündən xəbər tutan Anton Ştadler adlı musiqiçi tez xəbəri masonlara çatdırıb və Motsartı zəhərləmək tapşırığı alıb. Bu versiyanın tərəfdarları masonlar Van Svitenvə Puhberqi "tələsik dəfn" mərasimi təşkil etməkdə günahlandırır. Onların fikrincə, bəstəkarın ümumi qəbirdə dəfn olunması da cinayətin izlərini itirmək niyyətilə bağlıdır.
 
Bu fərziyyə 1910-cu ildə Herman Alvardtın "Mehr Licht" kitabında da inkişaf etdirilib. O, iddia edirdi ki, Motsartı öldürən masonların arxasında yəhudilər dayanıb. 1926-cı ildə isə bu iddianı Erix və Matilda Lüdendorflar da təkrarlayıb.
 
Bu, təbii ki, müəmma dolu bir ömür sürən bəstəkarın ölümünün yalnız bir versiyasıdır. Amma bütün versiyaları birləşdirən ortaq bir cəhət var. Bu da necə ölüb-ölməməsindən asılı olmayaraq bu günə qədər onun qəbrinin yerinin dəqiq bilinməməsidir.
 
Versiyalardan birində deyilir ki, guya o zaman Motsartın qəbrinin yerini yaxın bir dostundan başqa kimsə bilmirmiş. Həmin dost da gecə ikən qəbri açaraq Motsartın başını bədənindən ayırır. Kəllə sümüyünü isə sevimli dostunun xatirəsinə ithaf olaraq 10 il öz evində saxlayır. Sonda onu başqa bir musiqiçiyə bağışlayır. Amma bu da Motsart haqqında açılmamış naməlum versiyalardan biri olaraq qalır.
 
Elmin Nuri

Загрузка...
Загрузка...