Mosulda yandırılan kükürdün tüstü buludu Türkiyəni və Kipri təhdid edir

İŞİD-in Mosul ətrafında yandırdığı kükürddən yüksələn tüstü Türkiyəyə doğru irəliləyir. NASA-nın peykdən göstərdiyi tüstü buludu bu axşam səmt küləyi nəticəsində Türkiyəyə daxil olacaq.
 
Musavat.com Türkiyə mediasıa istinadla xəbər verir ki, kükürd tüstüsünün buludu eyni zamanda Kipr adasını da təhdid edir.
 
Sabah Anadolunun cənub-şərqində turşu yağışları yağa biləcəyini ifadə edən mütəxəssislər əhaliyə qapı və pəncərələri bağlamağı və mümkün olduqca açıq havada olmamağı məsləhət görür.