​Mosul üçün hazırlıqlar tamamlandı: İŞİD-in sonu çatdı

 
Mosulun İŞİD-dən azad edilməsi üçün görülən bütün hazırlıqlar tamamlandı.
 
Axar.az xəbər verir ki, bunu İraq Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.
 
“Mosulun işğaldan azad edilməsi üçün görülən bütün hazırlıqların tamamlandığını ictimaiyyətə açıqlayıram. İraq ordusu və peşmərgə qüvvələri arasında artıq bununla bağlı razılıq əldə olundu. Tərəflərin əməliyyatlara haradan və necə qatılacağı razılaşmada detallı şəkildə göstərilib”.
 
Bərzani şəhərin azad edilməsindən sonrakı prosesləri də diqqətə çatdırıb:
 
“İŞİD-dən sonra şəhərdəki vəziyyətin idarə edilməsi üçün Ərbil və Bağdad arasında siyasi komitənin yaradılması ilə bağlı müqavilə imzalanıb”.