Moskvanın mərkəzində erməni biznesmen güllələndi - VİDEO

 
 
Rusiyanın paytaxtı Moskvada erməni biznesmen Arsen Papazyan qətlə yetirilib.
 
Voronej vilayətində erməni mədəni-maarif mərkəzinin sədri Arsen Papazyana bu gün saat 15:30-radələrində şəhərin mərkəzində naməlum şəxs dörd güllə vurub. Güllələr onun sinəsinə və qarın boşluğuna dəyib. İstintaq qətlin sifariş olduğunu istisna etmir.
 
A.Papazyan vaxtilə inşaat sektorunda çalışıb və erməni diasporunun fəal üzvlərindən olub. 1998-ci ildən Rusiyada fəaliyyətə başlayan A.Papazyan 2006-cı ildə Voronej vilayətində erməni diasporunun lideri olub. Məlumata görə o, “USY-Transstory”  asfalt şirkətinin sahibi olub. Bundan başqa o, Voronej vilayətində kikboksinq federasiyasına da rəhbərlik edib.
 

Загрузка...
Загрузка...