Moskvalılar Türkiyə səfirliyinin önünə axışdı - Foto

Moskvalı tələbələr İstanbulun Atatürk Hava Limanında baş verən terror hücumundan sonra Türkiyənin Moskvadakı səfirliyinin önünə toplanıb.
 Axar.az xəbər verir ki, terror hücumundan sonra türk xalqına başsağlığı və həmrəylik mesajı vermək istəyən moskvalılar səfirliyin önünə qərənfillər qoyublar.
 Əksəriyyəti gənclərdən ibarət olan qrup üzərində Türkiyə türkcəsində və rusca “Türk xalqına başsağlığı diləyirik” və “Çağdaş dünyada terrorizmə yer yoxdur!” yazılı devizləri daşıyıblar.
 Atatürk Hava Limanında baş verən terror olayı səbəbi ilə 1 günlük yas elan edilməsindən sonra Moskva səfirliyindəki bayraqlar yarıya endirilib.
 Qeyd edək ki, İstanbulda baş verən terakt nəticəsində 42 nəfər həyatını itirib.