​Moskvada Yıldırımın Putindən özəl istəyi - qapalı görüşdə - VİDEO

 
Türkiyənin baş naziri  Binəli Yıldırım Rusiya prezidenti Vladimir Putinlə ötən gün keçirilən qapalı görüşdə Akkuyu Atom Elektrik Stansiyasın tez bir zamanda istifadəyə verilməsini istəyib.
 
Turaninfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım stansiyanın 2023-cü ildən əvvəl istifadəyə veriləcəyini arzu etdiklərini deyib.
 
"Bugün ki, ziyarətimizdə stansiya ilə bağlı suallar energetika naziri Berat Albayrak rus həmkarı Aleksandr Novakla müzakirə edilib. Biz də cənab Putinlə tikintinin sürətləndirilməsi üçün atılacaq addımlar barəsində fikir mübadiləsi apardıq. Ən azından birinci fazanın tikintisinin 2023-cü ildən əvvəl başa çatdırılmasını arzu edirik".
 
Akkuyu Atom Elektrik Stansiyasının layihəsi
 
Yıldırım iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın bununla yekunlaşmadığını da deyib. Türkiyə mətbuatı baş nazirin stansiya ilə bağlı Putinə dediklərini "özəl istək" kimi qiymətləndirib.
 
Qeyd edək ki, Rusiyaya məxsus şirkətlər Türkiyədə Atom Elektirk stansiyası tikir. Ötən il Türkiyə və Rusiya arasında baş verən qırıcı qalmaqalından sonra layihənin taleyi sual altına düşmüşdü.
 
İki ölkə arasında münasibətlər düzəldikdən sonra layihə yenidən gündəmə gəldi. Layihənin dəyəri 4 milyard dollardır.

Загрузка...
Загрузка...