Moskvada sərnişin təyyarəsi qəza enişi edib

“UTair” aviaşirkətinə məxsus Boeing sərnişin təyyarəsi Moskvada qəza enişi edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İnsident nəticəsində zərərçəkən yoxdur.
Göyərtəsində 112 sərnişinin olduğu təyyarənin Moskva – Surqut marşrutu üzrə uçduğu bildirilir. Qeyd olunur ki, “Vnukovo” aeroportundan havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb.
Xatırladaq ki, martın 19-a keçən gecə Rostov-na-Donu şəhərində “flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.