​Moskvada Peyğəmbərimizin(s) mövluduyla bağlı konsert olacaq - İBRƏTAMİZ...

Baxış sayı: 
162

 
 
Bazar günü dekabrın 10-da Rusiya paytaxtında Məhəmməd peyğəmbərin(s) mövluduna həsr olunmuş konsert təşkil olunacaq.
 
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərə görə, bu haqda Rusiya Müsəlmanları Ruhani Məclisinin mətbuat xidməti məlumat yayıb.
 
Konsert məşhur “İzmaylovo” zalında keçiriləcək. Konsertin təşkilatçıları Rusiya Müsəlmanları Ruhani Məclisi, Suriya Vəqflər Nazirliyi və Dağıstan müftiliyidir. Tədbirə Rusiya Federasiyası İctimai palatası, İslam mədəniyyəti, elm və təhsilinə dəstək fondu və Moskva hökuməti tərəfindən dəstək verilir.
 
Konsertdə Rusiya və xarici ölkələr, o cümlədən Türkiyə, Suriya və Özbəkistanın  tanınmış İslam ilahisi ifaçıları və qrupları iştirak edəcək.
 
Təşkilatçıların sözlərinə görə, Peyğəmbərimizin(s) mövluduna həsr olunmuş tədbirdən yığılacaq vəsait müharibə və terrordan əziyyət çəkən Suriya sakinlərinə yardım üçün göndəriləcək.
Xatırladaq ki, bundan öncə Moskvada “Mən səni sevirəm Məhəmməd” adlı aksiya təşkil edilib.
 
Sultan Laçın

Загрузка...
Загрузка...