Moskvada müştəri özbək bərbəri şişləyib öldürdü - VİDEO

 
 
Ətrafdan keçənlər isə onu bu qətldən çəkindirməyə çalışmadı…
 
Moskvada  miqrant bərbər sakinlərin gözü qarşısında amansızlıqla qətlə yetirildi. Moderator.az Rusiya mediasına istinadla yazır ki, istintaq komitəsinin verdiyi məlumata görə, faciəli olay Yeni Moskvanın Troitski rayonunda baş verib.  Milliyyətcə özbək olan 24 yaşlı  miqrant Dastan Adexanov Kirov vilayətinin sakini tərəfindən şəxsi nifrət zəminində qətlə yetirilib.
 
Federasiya Şurasının senatoru Anton Belyakovun “Facebook”da verdiyi açıqlamada isə deyilir ki,  D.Adexanov oktyabrın 12-də adı Pavel olduğu ehtimal edilən müştərinin saçını qırxıb. Ertəsi gün o, özbək bərbərin yanına gələrək saç düzümünün xoşuna gəlmədiyini bildirib. Lakin müştəri bərbərə məhz nədən  narazı qaldığını izah edə bilməyib. Buna rəğmən Adexanov Pavelin saçına yenidən əl gəzdirməyə çalışıb. Lakin  nəticədən yenə də razı qalmayan müştəri bərbəri küçəyə qovub  və  öncədən əldə etdiyi dəmir şişlə onun sinəsinə 4 zərbə endirib.  Özbək miqrant aldığı zərbələrin təsirindən ətrafdan heç nə olmamış keçən Moskva sakinlərinin gözü qarşısında can verib.
 
 
 
Qətlin görüntüləri izləmə kameralarına düşüb. Pavel  bərbəri qovub yaxalayaraq sinəsinə  əlindəki alətlə zərbələr vurarkən istər arxadan gələn iki gənc, istərsə də oraya velosipedlə yaxınlaşan bir kişi onu bundan çəkindirməyə çalışmır. Lakin qatil  kənarlaşandan sonra velosipedli şəxs və digər iki gənc yaxınlaşaraq hələ dizi üstdə olan zərərçəkmişdən nəsə soruşur. Bu zaman  Pavel yenidən heç nə olmamış kimi arxayın şəkildə geri dönür. O yaxınlaşanadək  Adexanov yerə yıxılır. Qatil isə vurduğu adama baxıb( yəqin ki, öldüyünə əmin olmaqdan ötrü) yenə də tələsmədən əlini-qolunu saxlayaraq  qətl yerindən uzaqlaşır... Bundan sonra oradakılar özbək miqrantın cəsədini yerdən qaldırmağa çalışırlar...
Olayla bağlı müvafiq maddə üzrə cinayət işi qaldırılıb.
 
Sultan Laçın

Загрузка...
Загрузка...