Moskvada əməliyyat - Fabrik direktoru saxlanıldı (YENİLƏNDİ) - VİDEO

Baxış sayı: 
158

 
Ötən gün Moskvada İlovaysk küçəsində yerləşən “Menşevik” qənnadı fabrikinin ərazisində atışma zamanı 4 nəfərin yaralandığı hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxs fabrikin keçmiş direktoru olduğu deyilən İlya Averyanov olub.
Məlumata görə, cinayətkarı “Menşevik” fabrikinin ətrafında yerləşən yaşayış yerlərindən birində saxlayıblar.Hazırda o, İstintaq Komitəsinə təhvil verilib.
Xatırladaq ki, hadisədən öncə favrikin keçmiş direktoru İlya Averyanov saxta sənədlər hazırlayaraq fabrikin ona aid olmadığını və borclarının qarşılığında müflis olmamaq üçün fabriki bir başqa adama satdığını iddia edirdi.
***
Fabrik ərazisində direktorun axtarışları üzrə “Sirena” planı elan edilib. Axtarışlar hələlik nəticə verməyib. “Layf” saytının xəbərinə görə, bununla əlaqədar olaraq axtarış zonası genişləndirilib.
Versiyalardan birinə görə, Averyanov fabrik mühasirəyə alınmadan əvvəl oranı tərk edib. Onun silahsız gizləndiyi bildirilir. Axtarışların gedişatında onun atışmada istifadə etdiyi silah tapılıb.
***
Fabrik ərazisində cinayətkarın tutulması üçün əməliyyat başlayıb. Hadisə yerində operativ-qrup və xüsusi bölmələr işləyir.
***
Moskvada İlovaysk küçəsində yerləşən “Menşevik” qənnadı fabrikinin ərazisində atışma baş verib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Məlumata görə, fabrikin direktoru ziyarətçilərə atəş açıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Polis hazırda fabrikdə girovların götürülməsi haqqında informasiyanı yoxlayır.
“Layf” saytının məlumatına görə, yaralılardan biri həlak olub. Fabrikin direktoru yaralıları girov saxlayaraq polis və həkimləri onların yanına buraxmır. Fabrik direktorunun yaralılardan başqa digər şəxsləri də girov götürdüyü bildirilir.
Hadisənin sahibkarlıq subyektləri arasında münaqişə zəminində baş verdiyi deyilir. Fabrik direktoru direktor İlya Averyanovun atəş açdığı şəxslər məhkəmə icraçıları və fabrikin keçmiş əməkdaşları olduğu bildirilir.
Fabrikə giriş-çıxışlar bağlanıb. Şübhəli ilə danışıqlar aparılır.
Başqa detallar dəqiqləşdirilir.

 

Загрузка...
Загрузка...