Moskvada azərbaycanlı iş adamının güllələnmə ANİ - YENİ GÖRÜNTÜLƏR - (YENİLƏNDİ) - VİDEO

 
PEN TV azərbaycanlı iş adamının güllələməsinin anının yeni görüntülərini yayıb. Həmin videonu tədqim edirik.
***
Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub. Bu, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.
Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (apa)
***
Moskvada Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə bu gün Moskvanın cənubunda baş verib. “Azərbaycan vətəndaşı yaxın məsafədən açılan atəş nəticəsində ölüb. Qətlin əvvəlcədən planlaşdırıldığı güman edilir. Hazırda sifarişli qətl versiyası nəzərdən keçirilir”, mənbə bildirib.
Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin detallarını açıqlamayıblar.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
 

Загрузка...
Загрузка...