Moskvada 20 İŞİD tərəfdarı saxlanılıb

Moskvada İŞİD terror təşkilatının təqribən 20 tərəfdarı saxlanılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlmata görə, Federal Təhlükəsizlik Xidməti və polisin keçirdiyi birgə əməliyyat zamanı 20-yə yaxın şəxs saxlanılıb. Onlar İŞİD ilə əlaqələrdə şübhəli bilinir.
Saxlanılanlar Moskvada İŞİD-ə yeni üzvlər cəlb etməklə məşğul olublar.