​Moskva türklərin hesabına paytaxt olub!.. -Məşhur prodüserdən şovinistlərə sərt cavab

Bari Alibasov: “Aleksanr Nevski Moskvanın ən yaxşı qastrabayterlərindən olub”
 
 
 
Keçmiş SSRİ-də də məşhur olan Rusiya prodüseri, qazaxıstanlı Bari Alibasov ölkə rəhbərliyi üçün zərbə hesab ediləcək gözlənilməz açıqlama verdi.
 
Moderator.az Rusiya mediasına istinadla yazır ki,  bu yaxınlarda Moskvaya köçmüş  türkmənşəli B.Alibasovu bəzi, öz dili ilə desək, şovinistlər istehza ilə  “qastrabayter”(fəhlə-miqrant) adlandırıb.
 
Atası qazax, anası tatar olan 70 yaşlı sənətçi onlara sərt cavab verib:
 
”Mən Moskvanın bütün təbəqədən olan savadsız şovinistlərinə xatırlatmaq istərdim ki, Moskva məhz tatarların hesabına paytaxt olub. Məhz tatar  hökmdarı Özbək xan  İvan Kalitaya(böyük Moskva knyazı-S.L.) Moskva knyazlığını idarə etmək  üçün fərman verib. Eyni zamanda ona 50 minlik qoşun  və bütün rus torpaqlarından tatarlar üçün xərac toplamaq hüququ verib.
 
 
 
Həmin vergi gəlirlərin 10 faizini təşkil edirdi ki, bu da bütün müasir ölkələrdəki vergilərdən xeyli azdır... Bununla belə, tatarların Qızıl Orda dövləti Rus knyazlıqlarının sərhədlərinin müdafiəsini öz öhdəsinə götürürdü. Bu minvalla İvan Kalitanın tatarlara sadiqliyi sayəsində Moskva rus torpaqlarının mərkəzinə çevrildi. Məhz  tatarlardan yaxşı iş alan İvan Kalita paytaxtın ilk qasrabayterinə çevrildi”.
 
 
 
Türkmənşəli  məşhur prodüser rusların tarixi xalq qəhrəmanı Aleksandr Nevskini də aşağılayıb:
 
“Moskvadakı digər qastrabayter Aleksandr Nevski də yaxşı qulluqçu olub. O da Batı xandan Moskvanı idarə etmək üçün fərman alıb. A.Nevski regionlardakı digər  rus qardaşlarıyla vuruşaraq Batı xanın maraqlarını sadiqliklə qoruyurdu. Tverlilər bunu indiyədək xatırlayır. Bu xidmətlərinə görə Batı xan Aleksandrı öz oğlu Sartakla qardaşlaşdıraraq oğulluğa götürüb”
 
P.S. Tatarların türkmənşəli olması mübahisəsizdir. Odur ki, belə nəticəyə gəlmək olar ki, Moskva türklərin hesabına paytaxt olub...
 
Sultan Laçın

Загрузка...
Загрузка...