"Moskva Suriyada İŞİD-lə savaşmır, Putin yüzlərlə insanın qətlinə görə cavab verəcək" - Rus politoloq

ABŞ Obamanın dövründə Rusiya ilə Suriyada savaşa getməyəcək.
 
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Amerikanın hazırda iki-üç doğru addımı qalıb:
 
“ABŞ-ı Suriyada əsəbiləşdirən Moskvanın onlara “gəlin birgə Hələbi bombalayaq” təklifi oldu. Putin, Lavrov və digər rusiyalı hərbçilər əvvəl-axır yüzlərlə insanın qətlinə görə Haaqa Məhkəməsi qarşısında dayanacaqlar. Moskva Suriyada heç bir İŞİD-lə savaşmır. İŞİD onun əlində düşməni olan Qərbə qarşı əsas alətdir.  Lakin onların təbliğatı guya Rusiyanın anqlo-sakson dünyası ilə yeni dünya savaşı apardığını söyləyir. ABŞ Obamanın dövründə Suriyada Rusiya ilə qarşıdurmaya getməyəcək. Amerika öz axmaqlığı ucbatından Rusiyaya qarşı ehtiyatda yalnız iki-üç addım saxlayıb”.