Moskva: “Qafqaz hər an Suriyaya çevrilə bilər”

Dünyada, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet ölkələrində yeni hərbi münaqişələr yaranması ehtimalı qalır.
 Publika.az xəbər verir ki, bunu hərbi-elmi konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
 “Dünyada vəziyyətin inkişafının analizi göstərir ki, ən yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriyada olduğu kimi belə böhran vəziyyətləri istənilən ölkədə, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet dövlətlərində yarana bilər”, - o, deyib.
 Onun sözlərinə görə, bu şəraitdə Rusiya müvafiq olaraq potensial təhlükələrə reaksiya verməyə məcburdur.