Moskva məscidinin imamı ''terrorçuluq'' ittihamı ilə həbs olunub

 
Moskvanın şimal-şərqində yerləşən “Yardyam” məscidinin imamı Mahmud Vəlitov terrorçuluq fəaliyyətində ittiham olunaraq polis şöbəsinə aparılıb.
 
Avropa.info xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb. Vəlitovun hal-hazırda istintaq komitəsinin yerli şöbəsində ifadə verdiyi bildirilir.
 
İmamın sözlərinə görə, istintaq ona qarşı “terror fəaliyyətinə ictimai çağırış, yaxud terror fəaliyyətinin ictimai şəkildə haqlı sayılması” maddəsi ilə iş açmaq istəyir. Bu maddə ilə imamı 2 ildən 5 ilədək həbs gözləyir.
 
Rusiya hüquq-mühafizə orqanları bu haqda hələ ki, rəsmi açıqlama vermək istəməyib.
 
Qeyd edək ki, 2 min nəfərlik “Yardyam” məscidi 1996-97-ci illərdə inşa edilib.