Moskva küçələrində namaz qılan gənc hamını təəccübləndirdi – ViDEO

Onun bu hərəkətləri birmənalı qarşılanmayıb.
Rusiya paytaxtı Moskvada rus gənc mərkəzi küçələrdə namazqılaraq ətrafdakıların marağına səbəb olub. ANS PRESS-in məlumatına görə, gənc şəhərin müxtəlif hissələrində canamaz açaraq, namaz qılmağa başlayıb və rusların buna necə reaksiya verəcəklərini sınaqdan keçirib.
Sosial mediada böyük səs-küyə səbəb olan təcrübə izləyənləri təəccübləndirib. Özünü müsəlman kimi qələmə verən və namaz aid bütün hərəkətləri yerinə yetirən rus oğlan şəhərdə insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Bəziləri onu dəstəkləsələr də, bəziləri onun hərəkətlərindən qıcıqlanaraq, hətta namaz qıldığı yerdə ona təzyiqlər də göstəriblər.
Analoji hal ötən ayın 31-də də baş vermişdi. Bir rus gənc eksperiment keçirmək üçün Moskvada türk bayrağına bürünərək, mərkəzi küçələrdə gəzirmiş. O, çiyninə türk bayrağı alaraq rusların buna necə reaksiya verəcəklərini sınaqdan keçirib.
Özünü bir türk turist kimi qələmə verən rus gənc insanlara yaxınlaşaraq Rusiyaya yeni gəldiyini söyləyib. Bu zaman ruslarla gənc arasında maraqlı dialoq ortaya çıxıb.
Qızıl Meydanda insanlara yaxınlaşaraq ünvan soruşan gəncə münasibət biri-birindən fərqli olub. Bəziləri bayrağa sərt reaksiya verib, bəziləri isə ona getmək istədiyi ünvanı izah edinlər.