​Monika Belluççi: “Çəkildiyim heç bir səhnə üçün peşman deyiləm”

İtaliyalı aktrisa Monika Belluççi bu vaxta qədər oynadığı heç bir rol üçün peşmançılıq çəkmədiyini deyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı aktrisa İspaniyanın San-Sebastiyan şəhərində keçirilən 65-ci Beynəlxalq Film Festivalında iştirak edib. Kino ulduzuna festivalda “Donostia” karyera mükafatı mükafatı təqdim edilib. Monika çıxışında gözlənilməz etiraf edib. Mətbuat konfransında mükafata görə çox həyəcanlı olduğunu qeyd edən məşhur təəssüratlarını belə ifadə edib:
"Əvvəlcə işlədiyim bütün rejissorlara təşəkkür edirəm. Bütün dünyanı gəzdim və fərqli mədəniyyətlərlə tanış oldum. Gördüyüm iş mənə insanları daha yaxından tanımağa kömək edir, işim sayəsində böyük təcrübə toplayaraq öz şəxsiyyətimi çox zənginləşdirdim. Rol aldığım filmlərdən bəziləri böyük uğur əldə edib, bəziləri isə uğurlu olmadı. Amma oynadığım bütün rollar mənim üçün böyük təcrübə oldu, çəkildiyim açıq səhnələrə görə peşman deyiləm. Əgər keçmişə qayıda bilsəydim, yenə eyni filmlərdə, eyni səhnələri oynayardım. Çünki hər biri mənə çox şey öyrətdi".
Aytən

Загрузка...
Загрузка...