Monarxlar lV Karlın 700 illik yubileyi ilə əlaqədar bir araya gəlib

Çexiya prezidenti Miloş Zeman cümə günü  Böyük Lüksenburq hersoqu Anrini, Lixtenşteynin şahzadə varisi Aloisi və Monako knyazı İkinci Alberomu qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Ria.ru-da yer alıb.
Xəbərdə bildirilir ki, üç Avropa monarxiyasının nümayəndəsi Praqaya, Çex kralı və müqəddəs Roma imperatoru lV Karlın 700 illik yubileyini qeyd etmək üçün gəlib. Şənbə günü IV Karlın 700 illik yubileyi ilə əlaqədər, ölkənin əksər şəhərlərində kütləvi şəhliklər keçirilib.