Moldovaya yeni prezident seçiləcək

Moldova parlamenti prezident seçkilərinin keçiriləcəyi tarixi müəyyənləşdirib.
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, yeni prezident seçkiləri ümumxalq səsvermə yolu ilə cari ilin oktyabr ayının 30-a təyin olunub.
Qeyd edək ki, bir müddət öncə prezident seçkilərinin ümumxalq səsvermə yolu ilə keçirilməsi barədə Moldovanın Konstitusiya Məhkəməsi qərar verib. 2001-ci ildən Moldova prezidenti gizli səsvermə yolu ilə parlament tərəfindən seçilib. Ölkənin ilk 2 prezidenti - Mirça Snequr və Petr Luçinski isə ümumxalq səsvermə ilə seçiliblər.