Modeldən atatürkçüləri əsəbiləşdirəcək açıqlama

 
Atatürk deyiləm ki, atatürkçü olum.
 
Kult.az xəbər verir ki, bu sözləri türkiyəli model Tuhçə Kazaz deyib. O, jurnalistin “Atatürkçüsünüzmü?” sualına belə cavab verib:
 
“Mən Atatürkün məntiqinə, fikirlərinə, hissiyyatına sahib deyiləm. Belə ki, mən ancaq Atatürkün etdiklərini bəyənib-bəyənməyə bilərəm. Ümumiyyətlə bu “çülük”lərin hamısının bölücülük və separatizm olduğunu düşünürəm. Bu tip bölünmələrdən uzaq durmaq lazımdır”.
 
Qeyd edək ki, Tuhçə Kazaz tez-tez siyasi açıqlamaları ilə gündəmə gəlir. Model bundan öncə də “AKP-dən soyudum” açıqlaması ilə uzun müddət müzakirə mövzusu olmuşdu.

Загрузка...
Загрузка...