Mobil operatorlar 610 mln. manatdan çox gəlir əldə edib

 
 
Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1171,4 mln. manatlıq xidmət göstərib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub.
 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,5% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 52,3%-i və ya 612,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.