​Mənsimovun Lənkəranski ilə bağlı xəbəri yalan çıxdı

 
 
Bir neçə gündür bir sıra KİV-də sosial şəbəkələrdə Avqustun 18-i gecə saatlarında Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsinin Azərbaycana gətirilməsidə Lənkəranlı iş adamı Mübariz Mənsimovun təyyarəsindən istifadə edilməsi xəbərləri yayılıb.
 
Yayılan xəbərə aydınlıq gətirilməsi üçün Bizimyol.info saytı AZAL-ın birinci vitse prezidenti Sabir İlyasovla əlaqə saxlayıb. O, sayta açıqlamasında Rövşən Canıyevin cənazəsinin Azərbaycana gətirilməsində nə Mübariz Mənsimovun, nə də AZAL-ın təyyarəsindən istifadə edilməsi xəbərinin doğru olmadığını bildirib.
 
“Türkiyədə təcili tibbi yardım tipli təyyarələr var. Onun cənazəsi də Azərbaycana Türkiyədən icarəyə götürülmüş təcili tibbi yardım təyyarəsi ilə gətirilib.”
 
Gununsesi.info isə etibarlı mənbəyə istinadən  R.Lənkəranskinin cənazəsinin gətirildiyi təyyarə Azərbaycanın Türkiyədəki səfirliyinin vasitəçiliyi ilə ailəsinin hesabına Lənkəran Beynəlxalq Hava Limanına endiyi barədə xəbər yayıb.
 
Qeyd edək ki, Rövşən Canıyevin cənazəsinin Azərbaycanlı iş adamı Mübariz Mənsimovun təyyarəsi ilə Azərbaycana gətirilməsi haqda yerli və xarici mətbuat xəbər yaysa da,  Türkiyədə fəaliyyət göstərn Palmali Şirkətlər Qrupunun rəhbəri, iş adamı Mübariz Mənsimov bunun əksini ifadə edən açıqlama verməyib. Bu isə öz növbəsində haqlı narazılıq yaradıb.