“Mənim adımdan zəng edib, pul yığırlar”

 
 
“Beş gəlin” verilişinin aparıcısı Mətanət Əliverdiyeva adından istifadə edənlərə xəbərdarlıq edib.
 
Turaninfo.az Axşam.az-a istinadla xəbər verir ki, “ATV maqazin onlarla” verilişinə açıqlama verən Mətanət bir qrup şəxsin onun adından istifadə edib pul qazandığını söyləyib.
 
“Evlərə zəng vururlar. “ATV-nin müxbiriyik, Mətanətin verilişindən min manat civarında cehiz qazanmısınız. Amma 250-300 manat verin və gəlin həmin cehizləri ATV kanalından götürün", - deyib insanları aldadırlar”.
 
Aparıcı deyib ki, artıq bir neçə şəxs bununla bağlı kanala müraciət edib. Mətanət insanları aldanmamağa səsləyib. Eyni zamanda, dələduzlara da səslənib:
 
“Mən bilmirəm bunu kim edir. Amma inandırım sizi ki, ikinci belə bir addım həbslə nəticələnəcək”.