​“Məni müsəlman olmağa mini-ətəkli qızlar vadar etdi...” -Keçmiş xristian

Adını İsmayıl qoyan xaçpərəst keşiş Çarlz rəhbəri olduğu kilsəni də məscidə çevirib…
 
 
 
Xristian keşişi İslamı qəbul etmək və öz kilsəsini məscidə çevriməyə qərar verdi. Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, gözlənilməz olay Keniyada baş verib.  Nyalqosi məntəqəsindəki kilsənin baş keşişi olan xaçpərəst din xadimi Çarlz Okvani kilsəyə hər gün abırsız, açıq-saçıq geyimli qadınların  gəldiyini görəndən sonra öz dinini dəyişmək haqda düşünməyə başlayıb. Yerli sakinlərin mənəviyyatsızlığı, əxlaqsızlığı və “azad” həyat tərzindən öz qəzəbini saxlaya bilməyən keşiş, nəhayət, müsəlman olmağı qərara alıb.
Artıq keçmiş xristian rahib hesab edilən Çarlz özü İslama gəlməsinin səbəbini belə izah edir:”Ona görə ki, İslamda əxlaq normaları çox ciddidir. Mən dünyanın müxtəlif yerlərində səyahətlərdə olmuşam və belə nəticəyə gəlmişəm ki, müsəlman icmalarının həyat tərzi daha çox xoşuma gəlir…”
65 yaşlı keniyalı öz adını da dəyişərək İsmayıl qoyub və hətta rəhbərlik etdiyi kilsəni məscidə çevirib. ”Mənim kilsəm Şərqi Afrikada “Allah çağırışı kilsəsi” kimi tanınırdı. İndi isə bu məkan Nyalqosinin Cümə məscidi olub”-deyə İsmayıl çəkinmədən deyir...
P.S. Bəyənmədiyimiz Afrikada baş vermiş bu olay çox ibrətamizdir... Bizim bəzi müsəlman(?) hesab edilən din xadimlərinin mini-ətəkli qız görəndə ağızları sulanır. Dua edirlər ki, belələri daha da çox olsun...
 
Sultan Laçın

Загрузка...
Загрузка...