​Mən "Məşədi"yəm, imkan olsa Həccə də gedərəm — Ayaz Mütəllibov

 
 
Müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, A.Mütəllibov ölkə.az-a açıqlamasında deyib ki, bu, Hacı Əbdülün şəxsi fikirləridir:
 
“Hacı Əbdüldür də, danışır. Mən bu barədə nə isə deyə bilmərəm”.
 
A.Mütəllibov ümumiyyətlə Həcc Ziyarətinə getməyi planlaşdırmadığını söyləyib:
 
“Ümumiyyətlə, Həcc ziyarətinə getməyi düşünmürəm. Çünki buna səhhətim imkan vermir. Həcc ziyarəti çox ağır prosesdir. Gərək insanın səhhəti fiziki cəhətdən buna imkan versin. Səhhətim imkan versəydi, təbii ki, gedərdim. Keçmiş Sovet İttifaqı dövründə mən bir neçə müsəlman ölkəsində, o cümlədən İranın Məşhəd şəhərində ziyarətdə olmuşam. Hazırda mən Məşədiyəm. Ancaq heç zaman Həcc ziyarətində olmamışam. Səhhətim imkan versəydi, mütləq olardım”.
 
Xatırladaq ki, Hacı Əbdül Əbdülov modern.az-a müsahibəsində keçmiş prezident Ayaz Mütəllibovu Həcc ziyarətinə getməyə çağırıb:
 
“Bütün müsəlmanlar Allahın evini ziyarət etməlidirlər. Tez-tez eks-prezident Ayaz Mütəllibovla bağlı sual verirlər. Yenə deyirəm: Ayaz Mütəllibov da Həcc ziyarətinə getməlidir. O zaman pak və saf olacaqlar”.

Загрузка...
Загрузка...