"Mən Amerikayam" - Boksun kralından ƏFSANƏ SÖZLƏR

Baxış sayı: 
161
0  
0  

17 yanvar 1942-ci ildə dünyaya gələn boksun kralı Məhəmməd Əli yarışları, performansları, çempionluqları ilə birlikdə əfsanəvi sözləri ilə də yadda qalıb.
Publika.az Məhəmməd Əlinin yaddaşlara yazılan ifadələrindən bir neçəsini təqdim edir.
* İki qaradərili adamın döyüşünü çox sayda ağdərili adamın izləməsinə boks deyilir.
* Hökumət doğru olduğunu düşündüyü şeyi etdi, mən də (haqqında həbs cəzası çıxarılanda).
* Səni bitirən qarşındakı dırmanacağın dağlar deyil, ayaqqabındakı çay daşlarıdır.
* Yuxuları gerçəyə çevirməyin ən yaxşı yolu oyanmaqdır.
* Çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə, elə davranmalısan.
* Alt tərəfi bu da bir işdir. Otlar böyüyər, quşlar uçar, dalğalar qumları yalayar. Mən də insanları döyərəm.
* Mükəmməl bir ingiliscə danışmaya bilərəm. Ancaq sizə ağıl verirəm.
* Mənim qədər möhtəşəm olduğunuzda sıradan olmaq çətindir.
* Hesabladım. 29000 dəfə yumruq zərbəsi yedim. Ancaq bunun qarşılığında 57 milyon dollar qazandım. Bunun yarısını saxlaya bildim. Yavaş danışa bilərəm, ancaq ağlım həmişə yerindədir.
* Ağlım kəsir, ürəyim inanırsa, bacara bilərəm.
* Kaş ki, insanlar hamını məni sevdikləri kimi sevsəydi. Dünya daha gözəl bir yer olardı.
* Mən Amerikayam. Mən onun tanımadığınız tərəfiyəm. Mənə uyğunlaşın. Qara, eqolu, özündənrazı. Bu mənim adımdır, sizin deyil.
Zümrüd

Загрузка...
Загрузка...