Məmurların beli qırıldı: ölkədən pul çıxarmaq yasaqlandı, xaricdəki hesablar isə - Əməliyyat

 
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib
 
Politika.Az xəbər verir ki, qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycanın daxilində və Azərbaycandan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.
 
Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.
 
Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir.
 
Köçürülmüş xarici vаlyutа vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.
 
Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində min АBŞ dоllаrı, ay ərzində isə 10 min АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.
 
Politika.Az xəbər verir ki, Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyulması məmurların belini qıran qərardır. Bu gün milyonlarla dolları olan şəxslər yalnız korrupsioner dövlət məmurlarıdır.
 
Onsuz da sıravi vətəndaşlarda külli miqdarda pul yoxdur. Ona görə də qərar birbaşa həmin məmurların ölkədən pul çıxarılmasına qarşı hesablanıb.
 
Əslində, prezidentin etimadını doğrultmayan və büdcəyə zərbə vuran məmurların pullarını ölkədən daşımağa imkan verilməməlidir. Həmçinin, onların xaricdəki hesabları da dondurulmalıdır.
 
Politika.Az-a daxil olan xəbərə görə, Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə geniş miqyaslı əməliyyat keçirməyə hazırlaşır. Əldə etdiyimiz məlumata görə, əməliyyat ölkədən qeyri-rəsmi şəkildə pul çıxarılması ilə bağlıdır.
 
Məlumatda bildirilir ki, artıq bu hakimiyyət üçün ciddi problemə çevrilib. Hökumət idxalı məhdudlaşdırsa da, bəzi məhsulların idxal rüsumlarını artırsa da, ölkədən pul çıxarılmasının qarşısını ala bilmir.
 
İri ticarət mərkəzləri, bəzi məmurlar qeyri-rəsmi yollarla ölkədən pul çıxarır ki, bu da maliyyə böhranının daha da kritikləşməsinə səbəb olur. Bildirilir ki, bəzi banklar da bu prosesdə iştirak edir. Məlumata görə, əməliyyat həmin banklardan da yan keçməyəcək.
 
İddialara görə, məsələyə görə bəzi iri çaplı məmurların da başı ağraya bilər. Bütün cəhdlərə baxmayaraq ölkədən iri pul kütləsinin axını davam edir. Hökumət hesab edir ki, prosesin qarşısını alacağı təqdirdə vəziyyət bir qədər düzələ bilər.

Загрузка...
Загрузка...