​Məmurların absurd “reforması”: Təqaüdçülərin nəsli belə kəsilir - Fakt

 
Bu gedişlə ölkədə pensiya alanların sayında sürətlə azalma müşahidə olunacaq; Hətta belə demək olarsa, təqaüdçü nəsil kəsiləcək və pensiya yaşına çatanlar barmaqla göstəriləcək...
 
Politika.Az xəbər verir ki, bunun bir səbəbi insanların sağlamlığı, qəbul etdiyi qidaların keyfiyyəti və dərmanların keyfiyyətsizliyidirsə, digər səbəb pensiya yaşının artırılması təklifidir.
 
Avropada və ABŞ-da təqaüdçülər həm yüksək pensiya alır, həm də uzunömürlüdürlər. Azərbaycanda isə insan ömrü çox qısadır və dövlət məmurlarının belə bir təklifi pensiyaçı nəslin kökünü kəsmək anlamına gəlir.
 
Deputat Vahid Əhmədov deyib ki, pensiyaya görə orta yaş həddinin artırılması hələlik müzakirə obyekti deyil:
 
“Doğrudur, bəzi ekspertlər, müəyyən xarici təşkilatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələri var. Onlar zamanla bu məsələni qaldırılar. Amma mən hesab edirəm ki, indiki məqamda Azərbaycanda pensiyaya görə yaş həddinin artırılmasına ehtiyac yoxdur. Yaş necədirsə, o səviyyədə saxlanılmalıdır”.
 
Parlament üzvü hökumət tərəfindən belə bir müzakirə aparılmadığını qeyd edib: “Ona görə də pensiya alanlar üçün orta yaş həddinin artırılacağını düşünmürəm”.
 
“Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Layihəyə əsasən, bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır.
 
Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.
 
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub. Layihənin ilin sonuna kimi Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulub.
 
Politika.Az xəbər verir ki, pensiya yaşının dəyişilməsi qəbul edilmiş pensiya sistemi haqqında yeni konsepsiyaya əsasən, nəzərdə tutulan istiqamətlərdən biri kimi səslənir.
 
Amma indiki məqamda pensiya yaşının artırılmasının deyil, büdcədən kənar digər vəsaitlərin cəlb edilməsi yaxşıdır.
 
DSMF çalışmalıdır ki, cəlb edilən vəsaitlərin digər qiymətli kağızlar və səhm bazarında yerləşdirilməsini həyata keçirtsin və daha çox büdcədən kənar vəsaitlər, eləcə də, mövcud vəsaitlərin idarə edilməsi hesabına gəlir əldə etməyə çalışsın.
 
Eyni zamanda özəl pensiya fondlarının formalaşdırılması və özəl pensiya banklarının da hesabına vəsaitlərin cəlb edilməsi də əsas məqsədlərdən olmalıdır.

Загрузка...
Загрузка...