Məleykə Abbaszadə: ''İmtahandan sonra sualları yayanları məhkəməyə verəcəyik''

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə magistratura imtahanlarından sonra sual kitabçasının verilməməsi məsələsinə münasibət bildirib.
"Report"un məlumatına görə, Məleykə Abbaszadə "ASAN radio"nun “Qəbuldasan” verilişində bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: "Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik".
Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: "Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil".