Məleykə Abbaszadə hökuməti necə faş etdi? - Rəqəmlər

 
 
Təhsilin keyfiyyətinin kəskin şəkildə pisləşməsi ilə bağlı müzakirələrdə adətən sistemdaxili səbəblər önə çəklir. Təhsilin keyfiyyətini itirməsində təhsil sisteminin idarəçilyində olan problemlərin, sistemdaxili qərar qəbulunda və mexanizmlərdəki yanlışlıqların payının həlledici olduğu şübhəsizdir. Amma sistemdənkənar problemləri də kənara qoymaq doğru deyil”.
 
Bu sözləri Politika.Az-a iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
 
Onun sözlərinə görə, söhbət ilk növbədə ölkədəki mövcud sosial-iqtisadi problemlərdən, ailələrin iqtisadi imkanlarından gedir:
 
“Tələbə Qəbulu Komissiyasının (hazırda Dövlət İmtahan Mərkəzi) 2015-ci ildə apardığı monitorinq imtahanı zamanı şagirdlər arasında keçirdiyi sorğu da bunu təsdiqləyir.
Məlumat üçün deyim ki, Komissiya ölkənin 48 şəhər və rayonuna aid 257 məktəbin 6 və 7-ci siniflərində azərbaycan dili və riyaziyyatdan imtahan götürüblər. Sorğunun nəticələrinə görə ailədə valideynlərin iş problemi olduğunu söyləyən şagirdlərin imtahan nəticələri daha pis olub.
Məsələn, Azərbaycan dili fənnindən “hər 2 valideynim işləyir” deyən şagirdlərin orta balı 5,56,”"Valideynlərimdən biri işləyir" deyən şagirdlərin orta balı 5.13, “heç bir valideynim işləyir” deyən şagirdlərin orta balı 3,74 olub. Oxşar vəziyyət riyaziyyat fənnin üzrə imtahanda da özünü göstərib”.

Ekspert qeyd edib ki, riyaziyyat fənnindən "hər 2 valideynim işləyir" deyən şagirdlərin orta balı 3,6, "Valideynlərimdən biri işləyir" deyən şagirdlərin orta balı 3.17 "heç bir valideynim işləyir" deyən şagirdlərin orta balı 2,34 olub:
 
“Yeri gəlmişkən, hökumətin rəsmi statistikasına görə ölkədə işsizlik 5%-i ötmür. Amma el arasında belə deyim var ki, sözün ən doğrusunu uşaqlar deyər. TQDK-nın sorğusunda əyalətlərdən iştirak edən şagirdlərin 10.41%-i deyib ki, valideynlərinin hər ikisi işsizdir.
 
Bütün kontingent üzrə (Bakı da daxil) sorğunun nəticələrinə görə isə şagirdlərin cəmi 24%-i hər 2 valideyninin işə sahib olduqlarını qeyd ediblər. Ailələrin 76%-də isə ən azı 1 valideyn işsizdir”.