Məktəblərdə 'attestat pulu' niyə yığılır? - rəsmi münasibət

Cəsarət Valehov: “Bu cür hal varsa, bizə yazılı qaydada müraciət etsinlər”
Bir sıra məktəblərdə 11-ci sinfi bitirən şagirdlərdən 25 manat attestat pulu yığılır. Bunun qanuni olduğunu  düşünən bir çox valideynlər isə tələb olunan məbləği  verirlər. Redaksiyamıza Xırdalanda yerləşən 2 saylı orta məktəbdən daxil olan şikayətdə  belə deyilir. 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a  açıqlamasında bu pulun qanunsuz olaraq yığıldığını dedi: “Bu cür hal varsa, bizə yazılı qaydada müraciət etsinlər. Biz məsələni araşdıraq. Bu pulun yığılmasından Təhsil Nazirliyinin xəbəri yoxdur.  Hansısa məktəb barədə bu cür fakt, konkret şikayət varsa, ad-soyadlarını qeyd etmək şərti ilə bizə yazılı müraciət etsinlər. Bizim daxili nəzarət şöbəmiz var. Biz şikayəti həmin şöbənin xidməti araşdırmasına verək araşdırsın və müvafiq tədbir görülməsi ilə bağlı göstəriş verək”.