Məktəblini zorlayan direktorun arvadı evdən getdi

 
Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin məktəblini zorlaması xəbərindən sonra həyat yoldaşı atasının evinə qayıdıb.
Kənd icra nümayəndəsi Abubəkir İsayev Publika.az-a bildirib ki, qadın xəbəri eşidəndən sonra iki uşağını da götürüb atasının evinə gedib:
“O, namuslu qadın idi, yoldaşının bu əməlini qəbul etmədi. Cəlilabad rayonundandır, iki uşağını da götürüb gedib”.
C.Tofiqlinin evliliyindən bir oğlu, bir qızı var. Uşaqlar 5-6 yaşlarındadır.