Məktəbli qız bir günlük Türkiyənin rəhbəri oldu

Türkiyədə qeyd olunan 23 aprel - Milli Suverenlik və Uşaqlar Günü münasibətilə Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan prezident sarayında bir qrup uşaqları qəbul edib.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident ölkənin uşaqlara verdiyi dəyərdən və təhsilin vacibliyindən danışıb.
"Ümid edirəm ki, gələcəkdə sizdən alim, ədəbiyyatşünas, akademiklər çıxacaq. Tarixi də yaxşı oxuyun. Öz tarixini bilməyən xalq, uğursuzluğa düçardır", - deyə prezident vurğulayıb və uşaqlara Çanaqqala şəhidliyini ziyarət etməyə tövsiyə edib.
Tədbirin maraqlı məqamı isə Rəcəb Tayyib Ərdoğanın ölkə rəhbərliyini bir günlüyə məktəbli bir qıza təhvil verməsi olub.
Qeyd edək ki, buna oxşar tədbir baş nazir Əhməd Davudoğlunun igamətgahında da keçirilib. Ə.Davudoğlu da vəzifəsini bir günlüyə məktəbli bir qıza təhvil verib.