​Məktəbdə qalmaqallı olay - Müəllim “Həyat bilgisi” dərsində şagirdlərə soxulcan yedirib

 
Təlim-tərbiyə ocağı olan məktəblərdən ən qəribə xəbərlər gəlməkdə davam edir
 
Turaninfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərinin Dereboğazı məhəlləsindəki şəhid Mustafa Əlin adını daşıyan ibtidai siniflərdə ağılasığmaz olay baş verib. Məktəbin birinci və üçüncü siniflərini birləşdirərək eyni sinifdə oxudan müəllim Dayandı Akkök şagirdlərinə əqrəb və soxulcan yedirib. Şagirdlər ailələrinə vəziyyəti bildirdikdən sonra olayın üstü açılıb. Valideynlər müəllimdən şikayətçi olaraq yerli Təhsil İdarəsinə müraciət ediblər. Müəllim polis şöbəsində verdiyi ifadəsində etdiyi hərəkəti “Həyat bilgisi” dərsi ilə əsaslandırıb. Bildirib ki, dərsin daha geniş izahı və şagirdlərin əqrəbi öz gözləri ilə görmələri üçün əqrəbi öldürüb. Tayon Təhsil İdarəsi məsələni nəzarətinə götürüb və bildirib ki, əgər məsələ iddia edildiyi kimi olsa, rəsmi şəkildə tədbir görüləcək.

Загрузка...
Загрузка...