Məktəbdə lağ edilən şagirdə məşhurlardan dəstək - Video

 
ABŞ-ın Tennizi əyalətində yaşayan Kiton Cons sinif yoldaşları tərəfindən aldığı mənəvi zərbəni sosial şəbəkə istifadəçilərilə bölüşüb.
 
Teleqraf.com xəbər verir ki, sinif yoldaşları Kitonun üzərinə süd tökərək ona "çox çirkinsən" deyiblər. Kiton üzləşdiyi bu haqsızlığı ağlayaraq insanlara çatdırıb. Paylaşımı 16 milyon nəfərdən çox şəxs izləyib.
 
Kitona dünya şöhrətli ulduzlar dəstək veriblər. Castin Biber, Keti Perri, Kris Evans, Demi Lovato, Mark Ruffalo, Haili Steinfeld və Donald Tramp kimi məşhurlar Kitonu müdafiə ediblər.
 
Cons "Avengers" serialının baş rol ifaçısı Kris Evans tərəfindən filmin Los Angelesdə keçiriləcək qala gecəsinə dəvət olunub.
 
Digər aktyorlar da Kitonu film təqdimatlarına dəvət edib.
 
Müğənni Castin Biber isə İnstaqramda Kitonla bağlı bunları yazıb. "Mən sənin dostunam, mənə mesaj yaz və bir az söhbət edək. Səni sevirəm"

Загрузка...
Загрузка...