​Məktəbə getmək neçə manatadır? — Qiymətlər alışıb yanır + FOTOLAR

 
Yeni dərs ilinə sayılı günlər qalır. Amma alıcıların fəallığı gözə dəymir. Alıcılar və satıcılar bunu qiymətlərin həddindən artıq yüksək olması ilə əlaqələndirirlər. Əsasən son günlər dolların yüksəlişdə olması isə qiymətləri xüsusi olaraq "oynadır".
 
Ölkə.Az-ın çəkiliş qrupu məktəb ləvazimatları satılan bir sıra mağazalara baş çəkərək bazardakı vəziyyəti öyrənməyə çalışıb.
 
 

Alıcıların sözlərinə görə, onlar mərkəzdəki mağazalardansa, əsasən kənar yerlərə üz tuturlar. Çünki o ərazilərdə qiymətlər nisbətən münasibdir. Bu, həm də həmin ləvazimatların hansı ölkə istehsalı olmasından da asılıdır. Məsələn, Çin istehsalı olan mallar Rusiya istehsalı olanlardan ucuzdur. Çin istehsalı olan karandaşların dəsti 1.30-2.20 manat olduğu halda, Rusiya istehsalı 6-8.50 manat arasıdır.


 
Satıcılar da qiymətlərin 30% qalxdığı ilə razılaşırlar. Bu da bazardakı alıcıların azalmasında kəskin pay sahibi olub. Məktəbli çantaları 8-100 AZN arası dəyişir. Təbii ki, alıcılar davamlı və keyfiyyətli olması üçün 30-40 manat olan çantalara üstünlük verirlər. Dəftələrin də qiymətləri vərəqlərindən asılı olaraq 0.20-1.10 qəpik arası dəyişir. Qələmlər isə 0.30 qəpikdən 2 manata, karandaş isə 0.10 qəpikdən 0.40 qəpiyə kimi dəyişir. Gündəliklər isə 1.30 manata satılır. Plastilinlər 1.20-10.50 manat arası, xətkeşlər 0.20-0.60 manat arası, dəftər üzləri 0.20 qəpik, kitab üzləri isə 0.90 pəpik arasıdır. A4 kağızı ötən il 3 manat 50 qəpiyə satılırdısa, hazırda 5 manat 50 qəpik olub.
 
Satıcılar deyir ki, bir uşaq üçün bütün məktəb ləvazimatlarını almaq valideynlərə 100-150 manata başa gəlir. Buna məktəbli formaları daxil deyil.