​Məktəb direktorlarının “son zəng”i: Növbə kimindir?

Builki “ilk zəng” əslində bəzi məktəb direktorları üçün “son zəng” kimi yadda qaldı. Yeni dərs ilinin başlaması ilə artıq bir neçə direktor vəzifəsi ilə vidalaşıb. Əslində neqativ ictimai rəyə malik bəzi direktorlar haqda verilən bu cür qərarlar dəstəklənir.
 
Axar.az xəbər verir ki, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova ilə bağlı nazirliyin bu qədər cəld reaksiyası müsbət mənada müzakirə olunmaqdadır. Belə ki, Bilik Günündə, 15 sentyabrda məktəbli formalarının üçqat qiymətə valideynlərə zorla satıldığı barədə Lider TV efirində gedən süjetdən dərhal sonra nazirlik hərəkətə keçdi və araşdırmalara başladı. Bununla da uzun müddətdir direktor vəzifəsini icra edən M.Məmmədova eyni liseyin müəlliməsi Almaz Əsgərova ilə əvəzləndi.
 
Məlumata görə, nazirliyin digər məktəblərdə apardığı bu cür araşdırmalar davam etdirilir.
 
Daha bir araşdırma isə Sabunçu rayonunda yerləşən 187 saylı məktəbin direktoru Nailə Məmmədova ilə bağlıdır. Avqust ayında jurnalisti təhqir edən, bir neçə villasının olduğu iddiası və fotosu yayılan direktorla bağlı Təhsil Nazirliyi, Bakı Təhsil İdarəsi araşdırma başlatsa da, hələ ki, heç bir nəticə yoxdur.
 
Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Axar.az-a açıqlamasında N.Məmmədova barəsində araşdırmanın davam etdiyini bildirib:
 
“Araşdırma yekunlaşmaq üzrədir. Sizə nəticəsi barədə cavab veriləcək”.

Загрузка...
Загрузка...