​Məkkədə həkimlər 80 yaşlı hacını infarktdan xilas etdilər - FOTO

 
 
Səudiyyə Ərəbistanında həkimlər 80 yaşlı hacını ölümün pəncəsindən qurtarıblar.
 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, İrandan gəlmiş ahıl kişi Məkkədə Məscidul-hərama daxil olarkən ürəyində nasazlıq hiss etdiyindən həkimlərə müraciət edib. Onda artıq geniş infarkt təhlükəsi aşkar edən mütəxəssislər zəvvarı dərhal əməliyyata götürüblər. Təcili əməliyyat edilən 80 yaşlı hacının ürəyinə arterial stend qoyulub.
 
 
 
Geniş infarktdan ölüm faizi çox olur. Digər tərəfdən, zəvvarın yaşının çox olması və səhhətini doğru izah etməsi üçün ərəb dilini bilməməsi xeyli çətinlik yaradıb. Bunlara rəğmən ərəb həkimlər iranlı dindaşlarının ürəyini uğurla əməliyyat ediblər. Hazırda artıq xəstəxandan çıxarılmış qocaman zəvvar, inşallah, digərləri ilə birgə Həcc ziyarətinin bütün ayinlərini icra edə biləcək.
 
Sultan Laçın

Загрузка...
Загрузка...