MKİ əcnəbi nüvə alimlərini belə “verbovka” edir – Şok araşdırma

Baxış sayı: 
144

 
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) iranlı, çinli və rus nüvə alimlərini “verbovka” etmək müxtəlif üsullardan istifadə edir.
 
Teleqraf.com “Qardian” qəzetinə istinadən bildirir ki, MKİ nüvə alimləri ilə əlaqələr qurmaq məqsədilə elmi konfranslara öz agentlərini göndərir, bəzən özü saxta elmi konfranslar təşkil edərək nüvə alimlərini bu tədbirə dəvət edir.
 
Bundan başqa, MKİ şübhə yaratmamaq üçün xarici elmi araşdırma mərkəzlərindən istifadə edərək, təşkil etdiyi elmi konfranslarda mətbəx və digər xidmət sahələri işçilərinin arasına öz agentlərinə salaraq, elm insanları ilə əlaqələr yaratmağa cəhdlər edir.
 
Qeyd edilir ki, MKİ əməkdaşları bu üsullarla elm insanlarını “mühafizəçilərindən” bir neçə dəqiqə ayıraraq, onlarla təkbətək görüşməyə çalışırlar.
 
MKİ-nin iranlı, çinli və rus nüvə alimlərini tələyə salmaq üçün saxta elmi konfranslara milyonlarla dollar xərclədiyi iddia olunur. Bu konfransların əsas məqsədin “iranlı nüvə mütəxəssislərini Tehrandan çıxararaq ünsiyyət qura biləcəkləri yerlərə gətirmək” olduğu deyilir. Nüvə alimləri ilə görüşən MKİ agentləri onları ölkələrini birdəfəlik tərk etməyə razı salmağa çalışırlar.
 
“Qardian” qeyd edir ki, MKİ “İranın nüvə silahına malik olmasını mümkün qədər gecikdirmək” məqsədilə akademik konfransların beynəlxalq xarakterli olmasından istifadə edir və bu konfransa qatılan alimlərin ABŞ kəşfiyyatının məqsəd və niyyətindən xəbəri olmur.
 
Elmi konfransların mövzusu yalnız Nobel mükafatı qazananların sayına deyil, eyni zamanda burada iştirak edən agentlərin sayına görə də qiymətləndirilə bilər. Qeyd olunur ki, bir universitetdə bir və ya iki professor kəşfiyyatın diqqətini çəkə bildiyi halda İŞİD və ya dron texnologiyası kimi mövzularda keçirilən konfranslarda kəşfiyyatın əlaqə qurmaq istədiyi onlarla alim iştirak edir.
 
Uzun illər MKİ-də işləyən və adının açıqlanmasını istəməyən istefada olan kəşfiyyatçı deyib ki, dünyada əksər kəşfiyyat xidmətləri elmi konfranslarda “işləyir”, belə konfransları dəstəkləyir və elm adamlarının konfranslarına qatılmağın yollarını axtarır.
 
İngiltərə Xarici İşlər Nazirliyinin xüsusi məsləhətçisi, Nyu-York Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Mark Galetti deyib ki, kəşfiyyatın “üzv” qazanması uzun mərhələli işdir:
 
“İlkin mərhələdə hədəflə eyni yerdə olmaq təmin edilir. Digər səfərdə ona “Sizi İstanbuldamı görmüşdüm” deyə sual edə bilirsiniz”.
 
Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) 2011-ci ildə amerikalı alimlərə xəbərdarlıq edərək, konfranslarda iştirak edən araşdırmaçıların kompüterlərindən bütün informasiyaların bəsit yollarla oğurlana biləcəyini xatırladıb.
 
Digər maraqlı məqam odur ki, elmi konfranslara qatılan kəşfiyyat xidməti agentləri elm adamları ilə fərdi söhbətlər və araşdırmalar nəticəsində səhv nəticələrə də gələ bilirlər.
 
Buna misal kimi ABŞ-ın sabiq prezidenti Corc Buşun Səddam Hüseynin İraqda kimyəvi silah istehsal və tətbiq etməsi haqda yanlış kəşfiyyat informasiyasına inandırıldığı göstərilir. İddia edilir ki, kimyəvi, bioloji və nüvə silahı haqqında yetərncə bilgisi olmayan casuslar elm insanları ilə söhbətlər zamanı səhv nəticələr çıxara bilirlər.
 
1976-cı ildən 2006-cı ilə qədər MKİ-yə işləyən Gene Coyla Vyanada Beynəlxalq Atom Enerjisi Təşkilatının təşkil etdiyi konfransda gerçək elm adamlarından daha çox kəşfiyyat nümayəndələrinin olduğunu bildirib.
 
O deyib ki, kəşfiyyatın özü də bu konfranslar zamanı problemlərlə qarşılaşır:
 
“Əgər MKİ bir konfransa agent göndərirsə, həmin agentin orada çıxış etməsi vacibdir. Konfransa ixtisasca tarixçi bir agentin göndərilməsi təbii ki, problemlər yarada bilər. Konfransa qatılan agent ən azı “mənim plazma fizikası üzrə doktorluq dərəcəm var” deyə bilməlidir. Nəzərə alın ki, bura kiçik bir dünyadır, alimlər əksər hallarda bir-birini tanıyır. Əgər siz Çıkaqoda Fermi İnstitutunun əməkdaşı olduğunu deyəcəksinizsə, bu zaman sizə “Bob, Fred və Susieni tanıyırsanmı” deyə sual verilə bilər. Yəni kəşfiyyat belə çətin durumları nəzrə alır”.
 
Gene Coyla əlavə edib ki, kəşfiyyat belə elmi konfranslara göndərmək üçün uyğun əməkdaşlar tapmaqda çətinlik çəkir. Bu səbəbdən də münasib professoru seçərək, onunla əlaqəyə girir və konfransa qatılmasını istəyir:
 
“Təbii ki, bu zaman professorun xərcləri MKİ və ya FBR tərəfindən qarşılanır. Seçilən professor hədəfdə olan elm insanları ilə görüşərək məlumat əldə etməlidir. Kəşfiyyat əcnəbi elm insanları ilə əlaqələri bu cür qurur”.
 
Konfranslarda iştirak edən MKİ agentlərinin eyni alimləri hədəfə almasının mümkün olduğu və bu səbəbdən də bir-birinə mane olmamaq prinsipi əsasında işlədikləri deyilir. Şimali Koreya, İran, Rusiya və Çindən gələn elm adamları münasib qaynaq olduqları üçün əsas hədəf seçilirlər. Belə konfranslarda kəşfiyyat fəaliyyətinin açıq aparıldığı məqamlar da olur. Məsələn, “Səfirlikdən gəldim” deyən şəxslər məlumat almaq istədiklərini bildirir və konfransa qatıla bilirlər.
 
Keçmiş kəşfiyyat rəsmiləri elmi konfrans və digər yollarla ABŞ-a gedən iranlı elm adamlarının sayının “İranın nüvə proqramını zəiflətməyə yetəcək qədər çox olduğunu” bildirirlər.
 
Sonda qeyd edilir ki, 2015-ci ildə 5+1 formatında əldə edilən razılaşmadan sonra İranın elm adamlarını qarmağa keçirmək istiqamətində kəşfiyyatın fəaliyyətində azalmalar var. Ancaq bu razılaşma pozulacağı təqdirdə əvvəlki forma və üsullar yenidən işə salına bilər.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...