Əməkdar artist: “Həkim övladımı bilərəkdən öldürmüşdü“

Əməkdar artist: “Həkim övladımı bilərəkdən öldürmüşdü“ Bir zamanların məşhur müğənnisi, bu gün isə sakitcə bir kənara çəkilib sənət aləmində baş verənləri izləyən əməkdar artist Kəmalə Rəhimli ailə həyatı ilə bağlı bir sıra ürək ağrıdan etiraflar edib.
"Mən Mahnı və Rəqs ansamblında işləyəndə oğlum Tural dünyaya gəldi. Amma bundan əvvəl doğum evində bir övladımı həkim bilərəkdən öldürmüşdü. Bu hadisədən sonra çox böyük bir stress yaşadım. O, qayınanamın qisasını məndən aldığını bildirmişdi. Tural anadan olanda qəti toya getmirdim. Hətta toy üçün gələnlərə də yox cavabı verirdim. Çünki bütün günümü, saatımı bircə oğluma ayırırdım. Uşaqları çox sevirəm, onlardan doymuram. Vallah, bu gün səhhətim imkan versəydi, gedib uşaq bağçasında işləyərdim. Özü də Tural elə şirin uşaq idi ki, hamı onu çox istəyirdi. O vaxt həm sənətimi, həm də ailəmi qoruyub saxladım. Amma toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".