​Əmək haqları azaldıldı - İslam Həmrəylik Oyunlarına görə

 
Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan vətəndaşların bir qisminin əmək haqqı bu ilin dekabr ayından etibarən azaldılıb
 
Bu barədə 24saat.org-u özəl mənbə məlumatandırıb.
 
Mənbənin sözlərinə görə, maaşlardakı azalma 2017-ci ilin 12-22 may tarixində Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları ilə bağlıdır.
 
Müəssisə rəhbərləri işçilərə bildirilib ki, əmək haqlarının tam şəkildə ödənilməsi 2017-ci ilin may ayından sonra bərpa ediləcək. Tutulan əmək haqlarının İslam Həmrəylik Oyunlarının keçirilməsinə sərf ediləcəyi bildirilib.
 
Bilgili qaynağın sözlərinə görə, əmək haqlarının azaldılması vətəndaşların ciddi narazılığına səbəb olsa da, onların böyük əksəriyyəti iş yerlərini itirməmək üçün susmağa qərar veriblər. Lakin yeni ilin ilk ayından etibarən əmək haqqı tutulmasının digər iri müəssisə və şirkətlərdə də tətbiq ediləcəyi gözlənilir ki, bu da məlum yeniliyin daha çox insanı narazı salacağı deməkdir.

Загрузка...
Загрузка...