​Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istədi

Baxış sayı: 
230
0  
0  

 
 
Yeni “Maydan hərəkatı”nın vaxtı elan edildi.
 
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvili siyasi sığınacaq almaq üçün ərizə ilə müraciət edib. Bu barədə siyasətçinin vəkili xanım Markiyan Qalabala məlumat verib.
 
Xanım vəkil bildirib ki, “Saakaşvili əlavə müdafiəyə ehtiyacı olduğu üçün  ona vətəndaşlıq statusu verilməsini xahiş edib. Siyasi sığınacaq da bu statusun işlək adıdır”
 
Vəkil əlavə edib ki, müvafiq ərizə 11 sentyabrda Ukrayna miqrasiya xidmətinin Lvov vilayətinə göndərilib. “Miqrasiya xidməti hələlik ərizəyə cavab verməyib. Qanuna görə isə cavab bir gün ərzində verilməlidir”
 
Moderator.az qeyd edir ki, Saakaşvili 17 oktyabrda Kiyevdə “ böyük mitinq” elan edib.Ekspertlər  Ukraynada yeni “Maydan hərəkatı”nın başlanmasını da istisna etmirlər.

Загрузка...
Загрузка...