“Miss Türkiyə” Ərdoğanı təhqir etdiyinə görə cəzalandırıldı

2006-cı il Türkiyə gözəli Merve Büyüksaraç ölkə başçısı Recep Tayyip Erdoğanı təhqir etməkdə ittiham olunur.
Turaninfo.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, modelin Instagram hesabında prezident Rəcəb Tayyip Ərdoğanı baş nazir olduğu dövrdə təhqir etdiyi iddiası ilə başlanan məhkəmə prosessi yekunlaşıb.
Məhkəmə “İctimai şəxsin təhqiri” maddəsini əsas tutaraq Merve 1 il 2 ay 17 gün həbs cəzası verilsə də, qərarın icrası təxirə salınıb.